Fovizm

Fovizm— XX əsrin əvəllərində Fransa boyakarlığında yaranmış avanqard cərəyan. Tənqidçilərin 1905-ci ildə Paris Müstəqillər Salonunda çıxış edən bir qrup rəssama ( Anri Matiss, A. Marke, J.Ruo) rişxəndlə "les fauves" (vəhşilər) ləqəbi verməsi ilə əlaqədar fovizm termini meydana gəlmişdir. Fovizmin dərk edilmiş proqramı yox idi. XIX əsrin bədii ənənələrinə qarşı çıxan fovizm yeni boyakarlıq üsullarını bərqərar etməyə çalışan cərəyan olmuşdur. Fovizm qısa müddətdə (1905-1907) müxtəlif üslublu rəssamları birləşdirmişdi.[1]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search